...

Bələdiyyə seçkiləri ilə bağlı MSK-a 7 müraciət daxil olub (YENİLƏNİB)

Siyasət Materials 24 Dekabr 2019 18:41 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasında dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı müraciətlərə baxılıb.
Bələdiyyə seçkiləri ilə bağlı MSK-a 7 müraciət daxil olub (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Mərkəzi Seçki Komissiyasında dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı müraciətlərə baxılıb.

Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, seçki prosesi ilə bağlı Mərkəzi Seçki Komissiyasına bu gün 7 müraciət daxil olub.

O qeyd edib ki, daxil olan müraciətlərə Seçki Məcəlləsinə uyğun olaraq baxılır.

M.Pənahov, həmçinin vətəndaşlara müraciət edib: "Biz vətəndaşlara müraciət edirik ki, məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər. MSK tərəfindən dairə seçki komissiyalarına tapşırıqlar veriləcək ki, gecikdirilmədən müraciətə baxsınlar. Biz onsuz da məcburuq ki, daxil olan müraciətləri dairə seçki komissiyalarına göndərək. Onun üçün vətəndaşlara müraciət edirik ki, məntqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti