...

Yeni parlament Azərbaycanın gələcək inkişafı üçün çalışacaq: Yunanıstandan olan müşahidəçi

Siyasət Materials 9 Fevral 2020 23:00 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri demokratik normalara uyğun keçirilib
Yeni parlament Azərbaycanın gələcək inkişafı üçün çalışacaq: Yunanıstandan olan müşahidəçi

Bakı. Nərgiz Sadıxova - Trend:

Azərbaycanda parlament seçkiləri demokratik normalara uyğun keçirilib.

Trend-in məlumatına görə, bunu mətbuat konfransı zamanı Yunanıstan Parlamentinin üzvü Lazardos Tsavdarilis deyib.

L.Tsavdarilis qeyd edib ki, onlar 4 seçki məntəqəsini ziyarət ediblər, seçki proseduru problemsiz keçib:

"Bir sıra seçicilər, könüllülər, müşahidəçilər, partiya nümayəndələri ilə danışdım və heç kim seçki prosesi haqqında pis bir şey deməyib. Seçkilər demokratik standartlara uyğun olaraq ən yüksək səviyyədə keçirilib".

Öz növbəsində Yunanıstan Parlamentinin üzvü Stella Bijiu seçkilər zamanı insanların axınının normal olduğunu və prosesin demokratik standartlara uyğun olduğunu bildirib.

O, Milli Məclisin yeni tərkibinin Azərbaycanın daha da yüksəlməsi, inkişafı və tərəqqisi məqsədi ilə fəaliyyət göstərəcəyini bildirib.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti