Bakı. Trend:
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
Trend-in məlumatına görə, Neftçala Rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısı Mirhəsən Seyidov kabinetə daxil olarkən Prezidentə yaxın əyləşmək istəyib.
Prezident İlham Əliyev Mirhəsən Seyidova irad tutub.
O deyib: "Sən yaşca kiçiksən, orada otur".
Daha sonra Mirhəsən Seyidov yerini İsmayıllı Rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısı Nahid Bagırova verib.