...

ATƏT regiondakı monitorinqləri dayandırır

Siyasət Materials 18 Mart 2020 22:28 (UTC +04:00)
ATƏT regiondakı monitorinqləri dayandırır

Bakı. Trend:

ATƏT regiondakı monitorinqləri dayandırır.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi, səfir Anjey Kasprşikin bəyanatında deyilir.

Bəyanatda deyilir: "Koronavirusun yayılması ilə əlaqədar mövcud vəziyyət bütün bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli heyətin səyahətləri üçün məhdudiyyətlərə səbəb oldu. İnfeksiya riskini azaldılması üçün, həmçinin şəxsi təmaslara da məhdudiyyətlər mövcuddur. Yuxarıda göstərilənlərə əsasən və tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər aradan qaldırılana qədər monitorinqlərin dayandırılması qərara alındı. Eyni zamanda, mən müvafiq hərbi hakimiyyətlərlə əlaqə saxlamağa davam edirəm".

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu 1997-ci ildə Rusiya, ABŞ və Fransanın həmsədrliyi üzrə formalaşıb.

23 ildir həmsədrlər münaqişənin tənzimlənməsi üçün regiona müxtəlif səfərlər edir, cəbhə xəttində monitorinqlər keçirir və ölkə liderlərinin görüşlərini təşkil etməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti