...

Azərbaycanla Gürcüstan arasında yalnız bir sərhəd keçid məntəqəsi işləyəcək

Siyasət Materials 22 Mart 2020 21:13 (UTC +04:00)
Azərbaycandakı Gürcüstan vətəndaşları ölkəyə yalnız "Qırmızı Körpü" keçid məntəqəsi vasitəsi ilə daxil ola biləcəklər
Azərbaycanla Gürcüstan arasında yalnız bir sərhəd keçid məntəqəsi işləyəcək

Bakı. Trend:

Azərbaycanda olan Gürcüstan vətəndaşları ölkəyə yalnız "Qırmızı Körpü" keçid məntəqəsi vasitəsi ilə daxil ola biləcəklər.

Trend-in məlumatına görə, müvafiq qərar Gürcüstanın Baş naziri Qeorqi Qaxariyanın başçılıq etdiyi İdarələrarası Əlaqələndirmə Şurasının iclasında qəbul edilib.

Qeyd edək ki, yeni koronavirusun Gürcüstan ərazisinə yayılması ilə əlaqədar martın 14-də bir aylıq - aprelin 21-dək fövqəladə vəziyyət elan edilib.

Fövqəladə hallar müddətində Gürcüstanın hava, quru və dəniz sərhədi sərnişinlər üçün bağlanacaq. Malların daşınması, həmçinin vətənə qayıtmaq niyyətində olan Gürcüstan vətəndaşlarını qəbul etmək hələ də mümkün olacaq:

"Bu mərhələdə malların maneəsiz daşınacağı və Gürcüstan vətəndaşlarının yalnız "Qırmızı Körpü" keçid məntəqəsindən keçə biləcəyi qərara alınıb".

Qeyd edilir ki, ölkədəki epidemioloji vəziyyəti qiymətləndirdikdən və səhiyyə sektorunun nümayəndələri ilə məsləhətləşdikdən sonra müvafiq qərar qəbul edilib.

Martın 22-də səhər saatlarında Gürcüstanda yeni koronavirus yoluxmalarının ümumi sayı 49-dan 54-ə yüksəlib.

Hazırda Gürcüstanda 291 nəfər karantindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti