...

Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” ölkələrinə koronavirusla mübarizə üçün 140 milyon avro ayırır

Siyasət Materials 30 Mart 2020 15:50 (UTC +04:00)
Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” ölkələrinə koronavirusla mübarizə üçün 140 milyon avro ayırır

Bakı. Trend:

Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrə - Gürcüstan, Ermənistan, Azərbaycan, Moldova, Ukrayna və Belarusa koronavirusla mübarizədə təcili ehtiyaclar üçün 140 milyon avro ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının onlayn brifinqində bildirilib.

Qeyd olunur ki, Komissiya koronavirusun sosial-iqtisadi fəsadlarını yumşaltmaq məqsədilə 700 milyonadək avro vəsait yönəldəcək.

Məlumatda bildirilir ki, tərəfdaş ölkələrin müraciəti ilə Avropa Komissiyası zəruri tələblərə reaksiya verəcək və tibbi avadanlıqların, o cümlədən süni nəfəs aparatlarının, laboratoriya komplektlərinin, maska, qoruyucu gözlük, xalat və qoruyucu geyimlərin tədarükünü dəstəkləyəcək:

"Avropa Komissiyası Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə işləyir və yaxın həftələrdə satınalmanın təmin olunması, altı ölkənin səhiyyə sistemləri arasında səmərəli paylanması üçün 30 milyon avro ayırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti