...

Aprelin 20-dən sonra xaricdə olan vətəndaşlar Azərbaycana gələ biləcəklər

Siyasət Materials 15 Aprel 2020 17:47 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Aprelin 20-dən sonra xaricdə olan vətəndaşlar Azərbaycana gələ biləcəklər.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Operativ Qərargah sərhədlərin açılması barədə düşünür:

"Karantin yerlərimiz dolduğu üçün sərhədlər bağlandı. Aprelin 20-dən sonra xaricdən həftədə 300-400 nəfər qəbul etmək imkanı yaradılacaq. Əsasən Rusiyadan gələnlər gözlənilir. Bunun üçün ayın 17-dən "Evə gedirəm" portalı fəaliyyətə başlayacaq. Rusiyadan gəlmək istəyənlər bu portaldan qeydiyyatdan keçə bilərlər. Aprelin 20-dən sonra bu prosesə başlanacaq. Bundan sonra, Türkiyə və digər ölkələrdən də tədricən vətəndaşlar ölkəyə gətirilə bilər. Gətirilən şəxslər 14-21 gün müddətinə karantində saxlanılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti