...

Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələri ilə viza rejiminin liberallaşdırılması məsələsinə aydınlıq gətirdi

Siyasət Materials 12 May 2020 11:25 (UTC +04:00)
Avropa Şurası viza rejiminin sadələşdirilməsi və readmissiya barədə sazişlərin zəruriliyini vurğulayır
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələri ilə viza rejiminin liberallaşdırılması məsələsinə aydınlıq gətirdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Avropa Şurası viza rejiminin liberallaşması üzrə mövcud fəaliyyət planının uğurlu icrasının, eləcə də təhlükəsiz və yaxşı idarə olunan mühitdə hərəkətliliyi təmin etmək məqsədilə viza rejiminin sadələşdirilməsi və readmissiya barədə sazişlərin zəruriliyini vurğulayır.

Bu barədə Trend təşkilatın saytına istinadən məlumat verir.

Qeyd olunur ki, Avropa İttifaqına səfərlər üçün vətəndaşlarına viza tələb olunan ölkələrlə viza rejiminin liberallaşması barədə yeni dialoqların başlaması imkanı viza rejiminin sadələşdirilməsi və readmissiya barədə sazişlərin məqbul icrası şərti ilə uyğun zamanda nəzərdən keçiriləcək:

“Avropa Şurası viza rejiminin dayandırılması mexanizmi ilə bağlı qarşılıqlı səmərə və öhdəliklər barədə xatırladır və qeyd edir ki, “Şərq tərəfdaşlığı” proqramının bəzi ölkələrinin vətəndaşlarının Aİ ölkələrində sığınacaq verilməsi barədə çoxlu sayda əsassız müraciətləri narahatlıq doğurur”.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” keçmiş SSRİ-nin altı ölkəsi: Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanla Aİ-nin inteqrasiya əlaqələrinin inkişafı məqsədi daşıyan proqramdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti