...

Kamran Bayramov: Avropa İttifaqı Şurasının qərarı Azərbaycanın uğurlu xarici siyasətinin bariz təzahürüdür

Siyasət Materials 15 May 2020 11:25 (UTC +04:00)
Kamran Bayramov: Avropa İttifaqı Şurasının qərarı Azərbaycanın uğurlu xarici siyasətinin bariz təzahürüdür

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ili may ayının 11-də Avropa İttifaqının Şurası tərəfindən 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı yekun qərarı dərc edilib. Bu sənədin qəbulu, bir tərəfdən, Azərbaycanın uğurlu xarici siyasətinin bariz təzahürü olduğunu, digər tərəfdən isə, Avropa İttifaqının Azərbaycanla əksər sahələrdə ötən dövrlərdə, hazırda və gələcəkdə əməkdaşlıq etməkdə olduqca maraqlı olduğunu göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Millət vəkili bildirib ki, ümumilikdə, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı hələ 1999-cu ildən başlayıb, tərəflər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanaraq uğurla həyata keçirilib, siyasi dialoqun dərinləşməsi və ikitərəfli əməkdaşlığa yeni təkan verilməsi məqsədilə Azərbaycan və Avropa İttifaqı arasında yeni çərçivə sazişinə dair danışıqlar aparılmaqdadır:

"Eyni zamanda, Avropa İttifaqının ən etibarlı tərəfdaşlarından biri olmaqla Azərbaycan Respublikası iqtisadiyyat, enerji təhlükəsizliyi, idarəçilik, multikulturalizm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Ölkəmizin Avropa Qonşuluq Siyasətinə qoşulması ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olub. Bu təşəbbüs daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiyanı nəzərdə tutmuş və tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olub. Bu təşəbbüs çərçivəsində Tvinninq, Texniki yardım və Məlumat mübadiləsi (TAİEX), Büdcəyə dəstək, Tempus, Erasmus Mundus kimi proqramlar həyata keçirilib".

Deputat vurğulayıb ki, Şərq Tərəfdaşlığı proqramı isə Aİ və Azərbaycan arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırıb, mövcud əməkdaşlıq ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilib:

"Məhz Azərbaycanın Şərq Tərəfdaşlığı təşəbbüsündə fəal iştirakı, əməkdaşlıq əzmi və niyyəti, mayın 11-də Avropa İttifaqının Şurası tərəfindən ölkəmizin maraq və mənafelərinə tam cavab verən sənədin qəbulunu şərtləndirib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti