Elçin Mirzəbəyli: Donald Trampın qərarı insanların şəxsi həyatına olan təhdidlərə qarşı atılan addım kimi dəyərləndirilməlidir

Elçin Mirzəbəyli: Donald Trampın qərarı insanların şəxsi həyatına olan təhdidlərə qarşı atılan addım kimi dəyərləndirilməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

ABŞ Prezidenti Donald Trampın informasiya və kommunikasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə davranış qaydalarını müəyyənləşdirən Aktın 230-cu paraqrafının qüvvədən düşməsi ilə bağlı sənədi imzalaması dövlətlərə, insanların şəxsi həyatına, qlobal sabitliyə, sülhə təhdid yaradan təhlükəyə qarşı atılan addım kimi dəyərləndirilməlidir.

Bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Donald Trampın bu addımı onun 2019-cu ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışının davamıdır:

“Xatırladım ki, həmin çıxışında ABŞ Prezidenti milli suverenliyin və vətənpərvərliyin əhəmiyyətindən söz açıb və qeyd edib ki, azad dünya öz milli köklərinə dəyər verməli, onları silməyə, əvəzləməyə çalışmamalıdır. Trampın sözügedən çıxışında gələcəyin qlobalçılara deyil, vətənpərvərlərə mənsub olduğunu bəyan etməsi isə düşünürəm ki, onun son addımını əsaslandıran ən önəmli məqamlardan biridir.

Kimsəyə sirr deyil ki, sosial şəbəkələr yarandıqları gündən ayrı-ayrı iqtisadi-siyasi mərkəzlərin əlində yumşaq güc aləti funksiyasını yerinə yetirib, ayrı-ayrı ölkələrin siyasi sistemlərinə, ictimai rəyinə müdaxilə etməklə, onları xaosa sürükləyib, vətəndaş qarşıdurmasına, nifrətin, aqressiyanın, terrorizmin çiçəklənməsinə zəmin yaradıblar.

Sosial şəbəkələrin nəinki milli dövlətlərin, hətta BMT kimi dünyada sülhə, əminamanlığa təminat verən qlobal təsisatların təsir dairəsindən, beynəlxalq hüququn norma və prinsiplərindən, milli qanunvericilikdən, məsuliyyətdən kənarda əlahiddə hüquqa sahib olmaları bu gün dünyada mövcud olan bir çox problemlərin əsas səbəblərindən biri və bəlkə də birincisidir”.

E.Mirzəbəyli vurğulayıb ki, sosial şəbəkələrin hüquqdan, qanundan kənar, heç bir sosial məsuliyyətin olmadığı bir məkana çevrilməsi informasiya sahəsində milli və qlobal təhlükəsizliyə ciddi təhdid yaratmaqla yanaşı, bu sahədə rəqabət mühitinin kobud şəkildə pozulmasına, peşəkar və qanun qarşısında məsuliyyətli olan kütləvi informasiya vasitələrinin də sıradan çıxmasına zəmin yaradırdı:

“Qeyd edim ki, təxminən 2 il öncə Avropa Şurası Parlament Assambleyasının sosial şəbəkələrdə yalnız peşəkar kütləvi informasiya vasitələrinin məlumatlarına istinad edilməsi ilə bağlı tövsiyə xarakterli qətnaməsi də qəbul olunub. Amma təbii ki, heç bir hüquqi təsir mexanizminə sahib olmadığı üçün bu sahədə baş verən özbaşınalığın qarşısının alınmasına da hər hansı bir formada təsir göstərə bilməzdi. Məhz bu baxımdan, terorra, qarşıdurmaya, insanlıq əleyhinə cinayətlərə, milli-dini ayrıseçkiliyə, xaosa, özbaşınalığa, əxlaqsızlığa çağırış platformasına çevrilmiş sosial şəbəkələrdə baş verənlərin qarşısının alınması üçün onların fəaliyyəti, yaxud fəaliyyətsizlikləri üçün hüquqi məsuliyyət yaradan addımların atılmasına ehtiyac var idi.

ABŞ Prezidentinin imzaladığı sənəd də məhz bu hüquqi məsuliyyətin yaranmasına xidmət edir. Donald Trampın bu addımı qanun qarşısında hər kəsin bərabərliyinin təmin edilməsi baxımından da önəmlidir. Çünki mümkün deyil ki, real həyatda sən bir ölkənin vətəndaşı kimi bu və ya digər hərəkətlərinə görə hüquqi məsuliyyət daşıyasan, amma sənin eyni davranışları virtual platformalarda nümayiş etdirməyin heç bir hüquqi məsuliyyət yaratmasın. Bu hüquqi nihilizmdir və buna son qoyulması bütün bəşəriyyətin təhlükəsizliyinə xidmət edir.

Hazırda yaşadığımız qlobal pandemiya dönəmi də qanundan kənar virtual platformaların nə qədər təhlükəli olduğunu bir daha ortaya qoydu. Düşünürəm ki, bu amil də ABŞ Prezidentinin qərarına öz təsirini göstərib. Hesab edirəm ki, D.Tramp imzaladığı sənəd beynəlxalq müstəvidə də sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi mexanizmlərin yaradılmasına əsas verir.

Bununla bağlı artıq uzun illərdir ki, müzakirələr aparılır və Azərbaycan da bu prosesdə aktiv rol alan ölkələrdən biridir. Artıq qlobal müstəvidə virtual hüquq məcəlləsinin yaradılmasına və sosial şəbəkələrin, internet resurslarının yayımlandıqları məkanların milli qanunvericiliklərinə uyğun olaraq fəaliyyətlərinin təmin edilməsinə ehtiyac var. Sosial şəbəkələr üzərindən milli-mənəvi dəyərlərinə sözün əsl mənasında müharibə elan edilən, bu şəbəkələr üzərindən terrorla, insanlıq əleyhinə cinayəıtlərlə təhdid olunan bir ölkənin vətəndaşı kimi, Azərbaycan xalqının mütləq əksəriyyətinin sosial şəbəkə xaosuna son qoyulmasının tərəfdarı olduğunua qətiyyən şübhə etmirəm. Bu, həm milli, həm də qlobal çağırışdır”.

Azərbaycanda “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artım var - Nazirlik
Azərbaycanda “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artım var - Nazirlik
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür (FOTO)
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür (FOTO)
Məxfi məlumatların oğurlanması məqsədilə edilən hücum orta hesabla 122 gün davam edir
Məxfi məlumatların oğurlanması məqsədilə edilən hücum orta hesabla 122 gün davam edir
Loading Bars
Xəbər lenti
"Barselona"nın müdafiəçisi koronavirusa yoluxub
Səfir Elxan Poluxov “Qanunvericilikdə Dini Azadlıq” mövzusunda videokonfransda iştirak edib (FOTO)
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Çempionlar Liqası: "Bavariya" "Barselona"nın qapısından 8 top keçirdi
Tehranda yaşayış evində partlayış olub, xəsarət alanlar var
Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Dünyada koronavirusa yoluxanların sayı 21 milyon nəfəri ötüb
İbrahim Kalın: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 286 mindən çox artıb
Makron İran üzrə sammitdə iştirak etməyə razılaşıb
Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçilib (ƏLAVƏ OLUNUB)
Türkiyədə koronavirusdan daha 923 nəfər sağalıb
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Çində rəqəmsal valyutanın tətbiqi üzrə sınaqlar keçirilir
YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabının ingilis və rus dillərində elektron versiyası hazırlanıb
Dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir - Adil Əliyev
Avropa ölkələri yüz milyonlarla doza koronavirus vaksini alacaq
“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası” təsdiqləndi
BŞBPİ-də kadr təyinatı olub
Şahin Mustafayev: Azərbaycan ilə Aİ əməkdaşlığının inkişafı ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib
Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,4 milyard manatlıq məhsul satılıb
Paşinyan BBC-nin “HARD Talk” proqramına müsahibəsində sərsəm fikirlərlə növbəti dəfə özünü biabır etdi - Deputat
İspaniyada dar küçədə siqaret çəkmək qadağan edilir
Ümumi daxili məhsulun həcmi açıqlanıb
MTRŞ-da ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub
“Azərbaycan Sənaye Korporasiyası” ASC-də “Azərpambıq ASK” MMC-də istehsalat prosesinin cari vəziyyətinə həsr olunan videokonfrans şəklində müşavirə keçirilib
Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirilib (FOTO/VİDEO)
Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)
Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır
MN: Cəbhədə törədiləcək təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək
“Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrinin 2020-ci ilin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (İFRS) keçidi davam edir
QMİ nümayəndəsi: İnsanların kütləvi məkana toplaşması yoluxma ehtimalını artırır
“Azərkosmos” “iSAT Africa” şirkəti ilə əməkdaşlığa başlayıb
Füzulidə top mərmisi və raket hissəsi tapılıb (FOTO)
Ağsuda “Chrysler” markalı minik avtomobil yanıb
Bərdə sakininin qəsdən öldürülməsi faktına dair cinayət işi məhkəməyə göndərilib
Azərbaycanda 103 nəfər koronavirusa yoluxdu, 221 nəfər sağaldı
Şabranda sanitar-karantin qaydalarını pozan 9 nəfər cərimələndi
Avqustun 17-də dolların manata qarşı məzənnəsi
“Qanun” nəşriyyatında işçilərin xüsusi karantin qaydalarını pozması ilə bağlı videogörüntü yayılıb (VİDEO)
“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda forum keçirilib (FOTO)
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib
Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Nərimanov RİH-dən ağacların quruması xəbərlərinə reaksiya (FOTO)
"WizzAir" bütün Gürcüstan reyslərini ləğv edib
15 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
“Azərbaycan Sənaye Korporasiyası” ASC-də “Azərtütün ASK” MMC-nin cari təsərrüfat fəaliyyətinə həsr edilmiş videokonfrans formatında iclas keçirilib
Tarixçi Paşinyanın iddialarına cavab verdi: "Ərsak" sözünü saxtalaşdıra bilmədiklərindən dəyişib "Artsax" ediblər
Balakəndə nişan mərasimi keçirənlər barəsində toplanmış materiallar məhkəməyə göndərilib (FOTO)
Mikayıl Cabbarov: Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir
Təhsil Nazirliyi: Xaricdə distant təhsil alanların Azərbaycan məktəblərinə köçürülməsinə yol verilmir
BMTİP vasitəsilə Azərbaycana 5130 qutu dərman preparatı gətirilib (FOTO)
Tələbələrin köçürülməsi qaydası açıqlandı
Avqustun 17-dən tələbələrin köçürülməsinə başlanılır
İbrahim Şehiç “Konyaspor”la anlaşıb
Paşinyan növbəti dəfə çətin suallar qarşısında aciz qaldı və ifşa olundu (VİDEO)
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
Ağac kəsən şəxs cəzalanıb
DİN Gəncədəki intiharla bağlı məlumat yayıb
Hərbi prokurorluqda qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb
Mədəniyyət Nazirliyində yeni təyinat olub
“Azərbaycan Sənaye Korporasiyası” ASC-də “ASK CİS” Coğrafi İnformasiya Sistemləri layihəsinin yaradılmasının təqdimatı keçirilib (FOTO)
Azərbaycan startapları kraudfandinqə çıxarılacaq
Səbail rayonunda gizli fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb (FOTO)
“The London Post” nəşri deputat Sevil Mikayılovanın ermənilərin Azərbaycana aqressiyası barədə açıqlamasını yayımlayıb
Paytaxtda beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Hindistanda koronavirus vaksininin sınaqlarının birinci mərhələsi davam edir
ADA Universiteti Regional Enerji Təhlükəsizliyi Simpoziumu keçirib (FOTO)
Goranboyda gizli nişan mərasimi keçirmək istəyənlər saxlanılıb (FOTO)
Rusiya bu ölkəyə yeni səfir təyin etdi
Bu həftə avtobuslarda 8 milyondan çox səfər sayı qeydə alınıb - RƏSMİ
Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub
İranda 169 nәfәr koronavirusdan ölüb
Xətai rayonunda 4 küçə təmir olunub (FOTO)
Gürcüstan sərhədini qanunsuz keçməyə çalışan Ermənistan vətəndaşları saxlanılıb
Evdən çıxan koronavirus xəstələri həbs ediliblər (FOTO)
Penitensiar müəssisələrə başçəkmələr həyata keçirilib
Sabah hava yağışlı, küləkli keçəcək
“ASAN xidmət”də nikah mərasimlərinə gələnlərin sayına məhdudiyyət qoyulub
İcra nüməyəndəsinin cinayət işi məhkəməyə göndərildi
Brayza: Ermənistana hərbi texnika tədarük etməklə Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində etimadı itirir
Müəllimlərin işə qəbulu imtahanında tələbələr də nəzarət edəcək
6 ayda ev şəraitində 83 uşaq doğulub
Uşaqları çimərliyə apararkən ən çox nəyə diqqət edilməlidir? - Həkim məsləhəti
Polis imtahanlarda gücləndirilmiş iş rejimində xidmət aparıb (FOTO)
Təhsil Nazirliyi: Namizədlər ən çox Bakı və Sumqayıtda imtahan verirlər
Pandemiya şəraitində tibb işçilərinin sağlamlığının qorunması tibb müəssisələrinin prioritet vəzifəsidir
"Papanin" stansiyası və Xocasən deposunda görülən işlərlə bağlı AÇIQLAMA
Azərbaycan neftinin qiymətləri dəyişib
Dünyada koronavirusa yoluxanların sayı 21 milyon nəfəri keçib
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb
Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır
Azərbaycanda qızıl və gümüş bahalaşır
Rusiyada daha 114 nəfər koronavirusdan ölüb
Şabranda velosipedçilərə qarşı reyd keçirilib - 9 nəfər cərimələnib (FOTO)
Azərbaycanda ali məktəblə peşə məktəbinin birgə kampusu yaradılacaq
Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıb
Avropa azərbaycanlıları: Erməni lobbisi dünya ictimaiyyətini çaşdırır
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq antikorrupsiya sertifikatının alınması üzrə işlərə başlayıb
Bütün xəbərlər