...

Aİ və Şərq tərəfdaşlığı ölkələri uzunmüddətli strategiyanı müzakirə edəcəklər

Siyasət Materials 10 İyun 2020 21:40
Aİ və Şərq tərəfdaşlığı ölkələri uzunmüddətli strategiyanı müzakirə edəcəklər

Trend-i buradan izləyin

Bakı. Nərgiz Sadıxova - Trend:

Avropa İttifaqı Şurası və Şərq tərəfdaşlığı ölkələri Şərq tərəfdaşlığının strateji vacibliyini müzakirə edəcəklər.

Trend-in məlumatına görə, videokonfrans formatında iyunun 18-də keçiriləcək görüşdə Avropa İttifaqının və Şərq tərəfdaşlığı üzv ölkələrinin liderləri iştirak edəcəklər.

İclas Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin rəhbərliyi altında keçiriləcək. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel də videokonfransda iştirak edəcək.

Konfrans iştirakçıları Şərq tərəfdaşlığının uzunmüddətli siyasi məqsədlərini, eləcə də 2020-ci ildən sonrakı dövr üçün planların hazırlanmasını müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti