...

Əhliman Əmiraslanov: Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır

Siyasət Materials 22 İyul 2020 21:20 (UTC +04:00)
Əhliman Əmiraslanov: Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır

Bakı. Trend:

Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır.

Trend-in məlumatına görə, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

O, qeyd edib ki: “Ermənistan Silahlı Qüvvələrinin iyulun 12-dən etibarən Tovuz rayonu istiqamətində xaincəsinə və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə ölkə Prezidenti tərəfindən müvafiq sərəncam imzalanıb və icrasına başlanılıb. İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində müvafiq addımlar atılır. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Dəymiş zərər tezliklə aradan qaldırılacaq, ziyan dəymiş infrastruktur və evlər bərpa olunacaq. Həmin kəndlərdə tezliklə həyat tamamilə öz məcrasına qayıdacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti