...

Cəlil Xəlilov: Azərbaycan faşizmin bütün forma və təzahürlərinə qarşıdır

Siyasət Materials 1 Sentyabr 2020 17:53 (UTC +04:00)
Cəlil Xəlilov: Azərbaycan faşizmin bütün forma və təzahürlərinə qarşıdır

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu günlərdə Prezident İlham Əliyev Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı “Rossiya-24” və “Rossiya-1” telekanallarının reportajlarında 416-cı Taqanroq diviziyası, bu diviziyanın faşist Almaniyasına qarşı mübarizədəki xidmətləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Ölkə başçısı qeyd edib ki, Taqanroq diviziyası bütün Rostov vilayətinin faşist işğalından azad edilməsində yaxından iştirak edib, Ukrayna və digər ərazilərin faşistlərdən təmzlənməsinə böyük töhfələr verib. Ölkə başçısı hər zaman faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxdıqlarını da diqqətə çatdırıb.

Trend-in məlumatına görə, bunu Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. O, Azərbaycanın, eləcə də azərbaycanlılardan ibarət diviziyaların faşizmə qarşı mübarizədə yaxından iştirak etdiyini vurğulayıb:

“Azərbaycanın faşizmə qarşı mübarizədə fəal iştirak etdiyi, xalqımızın həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstərdiyi hər kəsə məlumdur. Ölkə başçısının da bildirdiyi kimi, II Dünya Müharibəsi zamanı azərbaycanlılardan ibarət diviziyalar, eləcə də 416-cı Taqanroq diviziyası böyük qəhrəmanlıqlar göstərib, faşist ordularının məğlub edilməsinə böyük töhfə verib. Şimali Qafqazdan başlayaraq Berlinə qədər döyüş yolu keçən Taqanroq diviziyası, II Dünya Müharibəsində özünəməxsus rol oynayan milli diviziyalarımızdandır. Bu diviziyanın şəxsi heyətinin 92%-ə qədəri azərbaycanlılardan ibarət olub. 416-cı diviziya yalnız Şimali Qafqazın deyil, Ukrayna torpaqlarının azad edilməsində də yaxından iştirak edib.

Bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə bir neçə azərbaycanlı Sovet ittifaqı Qəhrəmanı adına layiq görülüb. Bunlardan Mikayıl Ələkbərovu, Bahəddin Mirzəyevi, Abdulla Vəliyevi, Fariz Cəfərovu göstərmək olar.

416-cı Taqanroq diviziyası Berlinə ilk daxil olan diviziyalardan biri olub. Belə ki, 1945-ci ilin 1 may tarixində Berlinə daxil olan 416-cı diviziya faşizmin öz yuvasındaca məğlub edilməsində iştirak edib. Bu diviziyaya rəhbərliyi isə görkəmli general Tərlan Əliyarbəyov həyata keçirib.

II Dünya Müharibəsinin tarixi tədqiqi Azərbaycanın hər zaman faşist ideyalarına, irqi və etnik ayrı-seçkiliyə qarşı olduğunu göstərir. Lakin təəssüflər olsun ki, Azərbaycanın mənfur qonşusu olan Ermənistanda biz zaman-zaman faşist ideyalarının geniş yayıldığını, faşistlər, habelə onlara xidmət edən şəxslərin qəhrəmanlaşdırılmasını müşahidə edirik. Son dövrlət faşist Njdenin qəhrəmanlaşdırılması, onun heykəlinin ucaldılması və s. kimi hallar Ermənistanda faşizmin hələ də yaşadığını göstərir.

Dünya bilməlidir ki, Azərbaycan faşizmin bütün forma və təzahürlərinə qarşıdır və bundan sonra da faşizmə qarşı mübarizəsini eyni qətiyyətlə davam etdirəcək. Hazırda qarşımızda duran ən başlıca məsələ erməni faşizmini ifşa etmək, onun qorcunc mahiyyətini bütün dünyaya göstərmək, işğaldakı torpaqlarımızı azad etməkdir. Və biz buna nail olacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti