...

Dövlət Baxçalı: Qanımızla, canımızla, varlığımızla Azərbaycanın yanındayıq

Siyasət Materials 27 Sentyabr 2020 17:54 (UTC +04:00)
Dövlət Baxçalı: Qanımızla, canımızla, varlığımızla Azərbaycanın yanındayıq

Bakı. Trend:

Yeganə məqsədi türklərə qarşı düşmənçilik olan Ermənistan və onun muzdlu silahdaşlarının türk milləti qarşısında dayanma ehtimalı yoxdur.

Trend xəbər verir ki, bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib.

D.Baxçalı bu fikirləri ifadə edib: “Ermənistanın bu gün səhər saatlarında qardaş ölkə Azərbaycanın hərbi birləşmələrinə və mövqelərinə qarşı həyata keçirdiyi hücumlar düşmənlikdir, yeni bir qanlı səhifənin açılması deməkdir. Qarabağ türkündür, türk vətənidir. Heç kim bu möhkəm və müstəsna həqiqəti dəyişdirə bilməyəcək. Yeganə məqsədi türklərə qarşı düşmənçilik olan Ermənistan və onun muzdlu silahdaşlarının türk milləti qarşısında dayanma ehtimalı yoxdur. Qanımızla, canımızla, varlığımızla Azərbaycanın yanındayıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti