...

Rauf Əliyev: Fransa işğalçı Ermənistanın yanındadır

Siyasət Materials 3 Oktyabr 2020 16:52 (UTC +04:00)
Rauf Əliyev: Fransa işğalçı Ermənistanın yanındadır

Bakı. Trend:

Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan nünaqişəsi ilə bağlı baş verən son hadisələrlə bağlı Latviyanın paytaxtı Riqada verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi Fransanın vasitəçilk missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir. Makronun bu qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatı onu göstərir ki, bu ölkə Minsk Qrupu həmsədri kimi funksiyasını yerinə yetirə bilmir. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik müssiyasını yerinə yetirməli olan bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” – deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Bu işğalşı Ermənistanın açıq- aşkar dəsdəklənməsi və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir.

Vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi. Bu bəyanatla Fransa 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoydu. Belə olan halda Fransanın Minsk Qrupu həmsədirliyindən kənarlaşdırılması müzakirə olunmalıdır.

Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır. Bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarının işğaldan tam azad edilənədək davam edəcək. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ münaqişəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur.

Qəhrəman Ordumuz ruh yüksəkliyi ilə Qarabağda ərazi bütövlüyümüz uğrunda apardığı müharibəni uğurla davam etdirir. Bizim yolumuz haqq yoludur. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə işğal altında olan torpaqlarımız erməni işğalından azad olunacaq və qələbə bayrağımız Xankəndidə, Şuşada və digər işğaldan azad olan torpaqlarımızda dalğalanacaq.

Rauf Əliyev,
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti