...

Ermənilərin böyük Ermənistan yaratmaq kimi bir xülyası var - Xristian Dini icmasının sədri

Siyasət Materials 13 Oktyabr 2020 16:46 (UTC +04:00)
Ermənilərin böyük Ermənistan yaratmaq kimi bir xülyası var - Xristian Dini icmasının sədri

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənilərin qeyri-xalqları sıxışdırmağı bir gündə baş verməyib, onlar hətta xristianları da sıxışdırıblar, son 30 ildə də azərbaycanlıları sıxışdırmağa başladılar.

Trend-in məlumatına görə, bunu AMEA-nın saytına müsahibəsində Azərbaycan Respublikasının Xristian Dini icmasının sədri Robert Mobil deyib.

Onun sözlərinə görə, Ermənistanın həmsərhəd olduğu ölkələr - İran, Türkiyə, Azərbaycan, Gürcüstan, Şimalda Rusiya - bunların hər biri polietnik və polikonfessial ölkədir:

"Yeganə Ermənistandır ki, monoetnik, monokonfessial ölkədir. Çünki onların tələbi var ki, orada olan xalqlar erməni olsunlar və erməni kilsələrinə tabe olsunlar. Ermənilərin yaratdığı ictimai rəy də bizə böyük zərbədir. Çar Rusiyası imperiyası ictimai rəyin formalaşması üçün o mühiti buradakı maraqlarına görə yaratmışdı ki, ermənilərə Ermənistan yaratmaq üçün imkan versinlər. Bu gün də onların böyük Ermənistan yaratmaq kimi bir xülyası var".

Dini icma sədri əlavə edib ki, dünyada qəbul olunmuş Alban Apostol kilsəsinin, onun irsinin ermənilərə heç bir bağlılığı yoxdur. Ermənilər sayca Dağlıq Qarabağda çoxluq təşkil edəndən sonra əhalini sıxışdırmağa başlayaraq abidələri erməniləşdiriblər:

"Abidələri nə qədər saxtalaşdırsalar da, daşda olan yaddaşı silmək mümkün deyil. Biz sabah bu abidələrə dünya miqyasında baxsaq görəcəyik ki, daşda nə informasiyalar, hansı bağlayıcı elementlər olub. O tarixi silmək mümkün deyil, həm də ona görə ki, onun yaşı fərqlidir, memarlıq üslubu fərqlidir. Ermənilər tək Alban kilsələrini saxtalaşdırmayıblar, islamla bağlı olan bütün abidələri məhv ediblər ki, bu bir aksiomadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti