...

Baş Nazir Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Siyasət Materials 30 Oktyabr 2020 20:11 (UTC +04:00)
Baş Nazir Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 30-da Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Siyasi, ticari-itqisadi, hərbi, humanitar və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətraflı müzakirə edilib.

Baş Nazir Əli Əsədov Ermənistan silahlı qüvvələrinin hal-hazırda davam edən təcavüzü ilə bağlı Pakistanın Azərbaycana verdiyi dəstəyə və göstərdiyi qəti mövqeyə görə təşəkkürünü bildirib.

Səfir Bilal Haye Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti