...

Ermənilər ətraf mühitə ziyan vuraraq əraziləri tərk edirlər - Prezidentin köməkçisi

Siyasət Materials 15 Noyabr 2020 15:11 (UTC +04:00)
Ermənilər  ətraf mühitə ziyan vuraraq əraziləri tərk edirlər - Prezidentin köməkçisi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın Kəlbəcər rayonunda mülki əhalinin yerləşdirilməsi tamamilə qanunsuz xarakter daşıyıb. Buna görə də orada olan mülkiyyətin hər hansı bir hüquqi qüvvəsi yoxdur.

Trend-in məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, münaqişənin gərginlik fazası yaranana qədər də Azərbaycan tərəfi öz açıqlamalarında hər zaman beynəlxalq hüquqi sənədlərə istinadən birmənalı olaraq, qeyd etmişdi ki, işğal edilmiş ərazilərimizdə məskunlaşmaların aparılması qeyri-qanunidir və bunun heç bir hüquqi qüvvəsi yoxdur:

“Buna görə də Kəlbəcərdəki bütün qeyri-qanuni məskunlaşdırmaların nəticələri aradan qaldırılmalıdır. Hazırda da bu proses gedir. Orada qeyri-qanuni məskunlaşan insanlar da həmin ərazilərdən çıxarılmalıdır. Bu, BMT-nin qətnamələrində də öz əksini tapıb. Amma bu da müşahidə edilir ki, ərazini tərk edən ermənilər tərəfindən orada olan mülki obyektlərin yandrılması prosesi həyata keçirilir. Yeni vandallıq aktları həyata keçirilməkdədir. Onlar tərəfindən ətraf mühitə də ciddi ziyan vurulur”.

H.Hacıyev bildirib ki, ermənilər həmin rayonda ətraf mühitə ziyan vuraraq oranı tərk edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti