...

Generalın rəhbərliyi ilə bir qrup türkiyəli hərbçi Azərbaycana yola düşüb

Siyasət Materials 26 Dekabr 2020 14:41 (UTC +04:00)
Generalın rəhbərliyi ilə bir qrup türkiyəli hərbçi Azərbaycana yola düşüb

Bakı. Orxan Nəbiyev - Trend:

Dağlıq Qarabağda Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi 2021-ci ilin yanvarında fəaliyyətə başlayacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı bildirib.

Məlumata əsasən, briqada generalının rəhbərliyi ilə bir qrup hərbçi Azərbaycana yola düşüb. Monitorinq mərkəzində fəaliyyət üçün ilk mərhələdə 25 əsgər Azərbaycana yola düşüb. Yaxın həftələrdə bu rəqəm 60-dək yüksələcək.

Qeyd olunur ki, ortaq mərkəzdə türkiyəli və rusiyalı əsgərlər atəşkəs qaydalarına əməl edib-edilmədiyini müşahidə edəcəklər. Həmin mərkəzdə həm rusiyalı hərbçilərin patrul məlumatları, həm də pilotsuz uçuş aparatlarının əldə etdiyi görüntülər təhlil ediləcək.

Atəşkəsin pozulacağı təqdirdə həm Moskva və Ankara, həm də Bakı və Yerevanla birbaşa təmas yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti