...

Rusiya ilə Qarabağ məsələsini və atəşkəsə nəzarət mərkəzinin fəaliyyətini müzakirə edəcəyik - Çavuşoğlu

Siyasət Materials 28 Dekabr 2020 16:25 (UTC +04:00)
Rusiya ilə Qarabağ məsələsini və atəşkəsə nəzarət mərkəzinin fəaliyyətini müzakirə edəcəyik - Çavuşoğlu

Bakı. Orxan Nəbiyev - Trend:

Bizim Rusiya ilə bir çox sahədə əməkdaşlığımız mövcuddur.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfəri ərəfəsində deyib.

O bildirib ki, sabah Soçidə Türkiyə-Rusiya Birgə Strateji Planlama Qrupunun iclasında Dağlıq Qarabağ məsələsi də müzakirə olunacaq:

"Regional məsələlərdə fərqli tərəflərdə olsaq belə, Rusiya ilə əməkdaşlığımız var. Suriyada, Liviyada fərqli tərəflərdəyik, amma Rusiya ilə yüksək səviyyədə əməkdaşlığımız davam edir. Biz Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyik. Atəşkəsə nəzarət mərkəzinin vəzifəsi və fəaliyyəti barədə müzakirələr olacaq. Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olunmalıdır. Bu məsələdə də gələcəyə yönəlik addımları müzakirə edəcəyik".

Qeyd edək ki, Mövlud Çavuşoğlu dekabrın 29-da Soçidə Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun 8-ci iclasında iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti