...

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonla danışıb

Siyasət Materials 28 Dekabr 2020 20:32 (UTC +04:00)
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonla danışıb

Bakı. Trend:

Bu ilin 28 dekabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını və bölgədə mövcud olan vəziyyəti müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti