Bakı. Orxan Nəbiyev
Rusiya-Türkiyə Yüksək səviyyəli əməkdaşlıq şurasının növbəti iclası şərtlər imkan verən kimi keçiriləcək.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Birgə Strateji Planlama Qrupunun iclasının açılışında deyib.
O bildirib ki, M.Çavuşoğlu ilə iqtisadi, siyasi, mədəni və bir çox digər sahələr üzrə məsələləri müzakirə edəcək:
"Bundan başqa, tərəflər Suriya tənzimləməsi üzrə Astana formatının işini, Liviyadakı vəziyyəti və Dağlıq Qarabağ mövzusunu müzakirə etməlidir. Bizim əməkdaşlığımızın coğrafiyası Qara dəniz və Mərkəzi Asiyanı əhatə edir. Biz həmçinin beynəlxalq strukturlarda BMT, ATƏT, Avropa Şurası kimi təşkilatlar çərçivəsində əməkdaşlıq edirik".