Bakı. Orxan Nəbiyev - Trend:
Bu gün Türkiyə Qafqaz regionunun təhlükəsizlik məsələlərində vacib iştirakçıdır.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqı üzv ölkələrinin səfirləri ilə görüşü zamanı deyib.
O bildirib ki, Türkiyə bu gün Suriyada, Liviyada, Qafqazda, Balkanlarda, Yaxın Şərqdə və Qara dənizdə bir çox sahədə, o cümlədən təhlükəsizlik sahəsində vacib iştirakçıdır.