Bakı. Orxan Nəbiyev - Trend:
Şəhidlərin rəmzi olan qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarıbülbüllə birlikdə açır.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin ildönümü ilə bağlı öz "Twitter" səhifəsində yazıb.
Nazir bildirib: "1990-cı il yanvarın 20-də də Can Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban verən qardaşlarımızı rəhmətlə anırıq. Şəhidlərin rəmzi olan qərənfillər bu gün azad Azərbaycan torpaqlarının rəmzi olan xarıbülbüllə birlikdə açır. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”