...

Diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərində dağıntılarla tanış olublar (FOTO)

Siyasət Materials 6 Fevral 2021 12:09 (UTC +04:00)
Diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərində dağıntılarla tanış olublar (FOTO)

Cəbrayıl. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl şəhərinə gəliblər.

Trend TV-nin Qarabağ bürosunun məlumatına görə, diplomatik korpus nümayəndələri Cəbrayılda məzarlıq və ermənilər tərəfindən dağıdılmış digər ərazilərlə tanış olublar.

Bundan sonra diplomatik korpus nümayəndələri Xudafərin körpüsü istiqamətində yola düşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti