Ermənistanın çöküş ili: Münxendəki tarixi debatdan bir il keçir...

Ermənistanın çöküş ili: Münxendəki tarixi debatdan bir il keçir...

Bakı. Trend:

Ötən ilin bu günləri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi. O gün Münxendə tarixi bir debat baş tutdu. Hətta bu debatı Azərbaycan və Ermənistan liderlərinin siyasi dueli də adlandırmaq olardı. Bu duel təbii ki, Nikol Paşinyanın rüsvayçı məğlubiyyəti ilə nəticələndi. Ermənistanın bu məğlubiyyətinin üzərindən düz bir il keçir, özü də məğlubiyyətin içində daha bir məğlubiyyət və Ermənistanın çöküş ili kimi bir il...

Azərbaycan Prezidenti bu debatda konkret faktlar ortaya qoydu, dəqiq ifadələrlə Nikol Paşinyanı diz çökdürdü.

"Münaqişənin necə həll edilməsi haqqında danışmaq üçün hər şeydən öncə biz geriyə qayıtmalı və məsələnin tarixinə baxmalıyıq. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, - sazişin mətni internetdədir, - Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr - Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin". Münaqişənin tarixi tərəfi ilə bağlı Prezident İlham Əliyevin bu fikirləri olduqca əsaslı idi.

Bunun qarşılığında Paşinyan nə dedi? O, Prezident İlham Əliyevdən tarixin çox dərinliklərinə getməməyi xahiş etdi. Sanki yalvarırdı, çox dərinə getmə, məni də başa düş, deyircəsinə, dili-dodağı təpimişcəsinə... Və nəhayət, o məşhur ifadəni (Kokeyşn büro) işlətdi, özünü rüsvay elədi. Necə deyərlər, dil çaşıb düzünü dedi – Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına qərar verdi, deyə!

Paşinyan daha sonra vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur: "Beynəlxalq ictimaiyyət bunu güclü və aydın şəkildə bəyan etməlidir. Əgər kimsə əksini düşünürsə, deyirsə ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkündür, güman edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin xalqları cavab verərdi...".

Prezident İlham Əliyev isə "Azərbaycan danışıqlar prosesinə sadiqdir, ona görə də biz ərazi bütövlüyümüzü danışıqlar yolu ilə bərpa edə biləcəyimizlə bağlı ümidlərimizi itirməmişik. Bu səbəbdən də hələ də bu ümidləri bəsləyərkən ola bilsin ki, bu, ən yaxşı seçim olmayacaq. Lakin əgər Ermənistan tərəfdən yeni yanaşma nəticəsində danışıqlar tamamilə pozulsa, onda əlbəttə ki, bu seçim nəzərdən keçirilə bilər..." – deyə fikrini bildridi.

Daha sonra nə oldu? Ermənistanın baş naziri Nikol Paşinyan danışıqlar prosesini məhv etdi. Bir müddət öncə işlətdiyi ifadəni - Qarabağ Ermənistandır və nöqtə - günbəgün təkrarladı və Ermənistan ordusunu öyməyə başladı, hərbi texnikalarla selfi çəkdirdi və sair və ilaxır.

Xatırlayırsınızsa, 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" bəyanatına "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" cavabını verdi. Beləcə, o gündən etibarən, Azərbaycan Prezidenti öncə MDB dövlət və hökumət başçılarının Bişkekdə keçirilən Zirvə toplantısında, sonra Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan debatda Ermənistanın siyasi liderinin absurd iddialarına qarşı dəmir məntiqi, dərin tarixi bilgiləri, yüksək intellekti və natiqlik bacarığı ilə nida işarəsi qoydu.

Prezident İlham Əliyev prinsipial mövqe, diplomatik məharət, "Qarabağ Azərbaycandır!" şüarının həyata keçirilməsi üçün ardıcıl, qətiyyətli və düşünülmüş fəlliyyəti ilə Ermənistan başda olmaqla, bütün dünyanı çaş-baş saldı. Ermənistanın siyasi və hərbi təxribatlarına əks-hücum fəaliyyəti həyata keçirildi. Artıq "münaqişənin hərbi həll yolu yoxdur"deyənlərə həll yolunu göstərmək vaxtı gəlmişdi. Və Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycan üçün Böyük Vətən Müharibəsi başladı. Beləliklə, çox yox, düz 44 günə bütün dünyanın, nüfuzu yerə-göyə sığmayan beynəlxalq təşkilatların aça bilmədiyi bir düyün çözüldü, həll edə bilmədiyi münaqişə həll edildi. Azərbaycan Ordusu Ermənistan ordusunu tamamilə darmadağın etdi, Ermənistanı sözün əsl mənasında diz çökdürdü, ağ bayraq qaldırmağa məcbur etdi. Və ən nəhayət, Ermənistan və bütün dünya Dağlıq Qarabağın və ətraf bölgələrin məhz Azərbaycanın əzəli torpaqları olduğunu etiraf etdi.

Müharibə ərəfədə Azərbaycan Prezidentinin "Rossiya-1" telekanalına müsahibəsindən dərhal sonra çıxış edən Nikol Paşinyanın artıq əzik bir sual işarəsi görkəmində idi, üzünün bütün cizgilərindən sual yağırdı, nə baş verdiyini anlaya bilmirdi, nə deyəcəyini də... Çünki Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida" sözləri qəhrəman Azərbaycan Ordusunu yüksək döyüş əzmi ilə silahlandırmış və qarşısıalınmaz gücə, bütün sualları cəsarəti ilə əzəcək nəhəng, düz və qürurlu bir nida işarəsinə çevirmişdi.

Beləliklə, 44 günlük Vətən müharibəsinin uğurlu nəticəsi, tarixi qələbə və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə Prezident İlham Əliyevin daxili və xarici siyasətdə sözü ilə əməlinin vəhdət təşkil etdiyini bütün dünya bir daha gördü. Artıq Dağlıq Qarabağ münaqişəsi deyə bir şey yoxdur. Çünki Qarabağ Azərbaycandır.

Elgün MƏNSİMOV
Trend

AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
"Barselona" futbol klubunun prezidenti seçilib
"Barselona" futbol klubunun prezidenti seçilib
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Loading Bars
Xəbər lenti
Türkiyənin tanınmış aktyoru Rasim Öztekin vəfat edib
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
Afrikada koronavirusa yoluxanların sayı 4 milyon nəfərə çatır
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri keçdi
Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər
Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb
ASAN könüllülərindən şəhid xanımlarına diqqət (FOTO/VİDEO)
Suriya prezidenti Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
AHİK sədri Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib
Azərbaycan qadınları daim nəcib, xeyirxah təşəbbüsləri ilə dünyaya nümunə olublar - Pərvin Kərimzadə
Azərbaycan Aİ-dən idxalı artırıb
Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Livanda etirazçılar əsas yolları bağlayıb
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər