...

Əli Əsədov Gürcüstanın yeni baş nazirini təbrik edib

Siyasət Materials 24 Fevral 2021 11:49 (UTC +04:00)
Əli Əsədov Gürcüstanın yeni baş nazirini təbrik edib

Bakı. Trend:

Baş nazir Əli Əsədov İrakli Qaribaşviliyə Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, məktubda Azərbaycan ilə Gürcüstanı zəngin ənənələrə malik dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığı vurğulanıb.

Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin və strateji əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımların atılacağına ümidvarlıq ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti