...

Erməni uşaqları kiçik yaşlardan işğalçılıq ruhunda tərbiyə olunur - Ombudsman Aparatı (VİDEO)

Siyasət Materials 30 May 2021 14:33 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda uşaqlardan istifadə etməklə kifayətlənmir, eyni zamanda onları bu ruhda tərbiyə edir.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, paylaşılan video erməni uşaqlarının kiçik yaşlardan işğalçılıq, digər millətlərə qarşı dözümsüzlük ruhunda, aqressiv formada tərbiyə olunmasının daha bir sübutudur. Belə ki, Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə görə, yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunması qadağandır.

Azərbaycan Ombudsmanı tərəfindən bu və ya digər faktlar barədə insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumatlandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti