...

İran Azərbaycanla münasibətlərin gələcəyinə nikbin baxır - Prezident Aparatının rəhbəri

Siyasət Materials 17 İyun 2021 15:03 (UTC +04:00)
İran Azərbaycanla münasibətlərin gələcəyinə nikbin baxır - Prezident Aparatının rəhbəri

Bakı. Elnur Bağışov – Trend:

İran Azərbaycanla münasibətlərin gələcəyinə nikbin baxır.

Trend-in məlumatına görə, bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovla görüşdə deyib.

M.Vaezinin sözlərinə görə, hazırda iki ölkə prezidentlərinin iradəsi ilə münasibətlərdə hər hansı problem yoxdur. İki ölkə xalqı və dövlətinin münasibətləri müxtəlif sahələrdə bir-birinə bağlıdır.

M.Vaezi əlavə edib ki, hazırda iki ölkənin şirkətləri və özəl sektorları qarşılıqlı iradə sayəsində müxtəlif sahələrdə birgə layihələr icra edirlər.

İran Prezident Aparatının rəhbəri Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin əhəmiyyətini də qeyd edib: “İran bu ərazilərin bərpa olunması prosesində iştirak etməyə hazırdır. İstəyirik ki, dinc əhali tez bir zamanda bu bölgəyə qayıda bilsin, bölgədə sülh və stabillik bərqərar olsun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti