...

Ermənistanda seçkilərdən sonrakı proseslər etiraz və qarşıdurmalar vəd edir

Siyasət Materials 22 İyun 2021 17:03 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistanda seçkilərdən sonra baş verən proseslər ölkədə siyasi gərginliyin daha da dərinləşəcəyini, etiraz və qarşıdurmaların baş verəcəyini istisna etmir.

Bunu Trend-ə Milli Məclsin deputatı Afət Həsənova deyib.

Deputat bilirib ki, erməni mətbuatının yaydığı məlumatlardan aydın olur ki, seçkilər xeyli sayda saxtakarlıqla və qanun pozuntuları ilə keçib, çoxlu sayda şikayət var və qanun pozuntusu hallarının artacağı dəqiqdir: “Seçkilərdə iştirak edən siyasi qüvvələr arasında gərginlik getdikcə artmaqdadır. Əli Azərbaycan xalqının qanına bulaşmış Koçaryan seçkilərin nəticələrini qəbul etməyəcəyini bəyan edib. Baxmayaraq ki, Paşinyandan sonra Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku ən çox səs toplayan siyasi qüvvədir, onun seçkilərin nəticələrini tanımayacağını bəyan etməsi Erməmistanda ciddi siyasi gərginliyin və qarşıdurmaların baş verəcəyindən xəbər verir.

Məlumdur ki, Ermənistandakı siyasi qüvvələr müstəqil deyil və onlar xarici dairələr tərəfindən idarə olunur. Görünür, Koçaryanın havadarları onun seçkilərdə məğlubiyyəti ilə razılaşmır və Ermənistanda daha böyük təsir imkanları əldə etmək, hakimiyyətdə daha böyük qüvvə ilə təmsil olunmaq niyyətindədirlər. Bu baxımdan, onların sakit dayanacaqları və seçkilərin nəticələrini asanlıqla qəbul edəcəkləri mümkünsüz görünür. Seçkilərin nəticələrini qəbul etməmək isə əlbəttə ki, etiraz aksiyaları, qarşıdurmalar ilə ifadə olunacaq. Bu mənada, Ermənistanda revanşist və eksterimist qüvvələrin ölkəni qarşıdurmaya və ya vətəndaş itaətsizliyinə sürükləyəcəyi istisna deyil”.

Deputat vurğulayıb ki, bütün bu hadisələr Ermənistan dövlətçiliyini ciddi təhlükə qarşısında qoyur: “Siyasi böhranla yanaşı, dərin sosial-iqtisadi böhran yaşayan Ermənistanda siyasi gərginliyin daha da dərinlşməsi ölkədə vətəndaş qarşıdurmasının baş verəcəyi mümkünlüyünü daha da artırır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti