...

Ərdoğan Ermənistanla münasibətlərin normallaşmasının şərtini açıqlayıb

Siyasət Materials 29 Avqust 2021 14:56 (UTC +04:00)
Ərdoğan Ermənistanla münasibətlərin normallaşmasının şərtini açıqlayıb

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşmasının şərtini açıqlayıb.

Trend-in məlumatına görə, Türkiyə dövlət başçısı Bosniya və Herseqovinadan qayıdan zaman şəxsi təyyarəsində jurnalistlərə deyib.

Ankara ilə Yerevan arasındakı əlaqələr mövzusuna toxunan R.T.Ərdoğan, birtərəfli ittihamların yerinə real yanaşmaların gəlməli olduğunu qeyd etdi:

"Yerevan bu istiqamətdə hərəkət etməyə hazırdırsa, Ankara Ermənistanla münasibətlərin tədricən normallaşması istiqamətində fəaliyyətə başlaya bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti