Bakı. Elçin Mehdiyev – Trend:
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilib.
Trend-in məlumatına görə, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında V.Rəhimzadə partiyanın Xətai rayon təşkilatının sədri vəzifəsinə təyin edilib.
V.Rəhimzadədən əvvəl bu vəzifədə YAP-dan kənarlaşdırılan Hüseynbala Mirələmov olub.
Qeyd edək ki, İdarə Heyətinin iclasında partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarına yeni sədrlər təyin edilib.