...

Azərbaycan beynəlxalq forumda təmsil olunacaq

Siyasət Materials 6 Oktyabr 2021 16:39 (UTC +04:00)
Azərbaycan beynəlxalq forumda təmsil olunacaq

Bakı. Trend:

Bu gün 2021-ci il Virtual Qlobal Parlamentlərarası Forumu öz işinə başlayır. Dünya Bankı və Beynəlxalq Vayuta Fondu üzrə Parlament Şəbəkəsinin Dünya Bankı Qrupu və BVF ilə birgə həyata keçirdiyi Forumun bu ilki mövzusu "Daha güclü, daha ədalətli və daha yaşıl qayıdış"dır.

Trend-in məlumatına görə, Forumda ölkəmizi Millli Məclisin depuatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev təmsil edəcək. Forumun ikinci günündə BMT-nin iqlim dəyişikliyi konfransı – COP26-ya gedən yol sessiyasında M.Əfəndiyevin çıxışı planlaşdırılıb.

Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Vayuta Fondu üzrə Parlament Şəbəkəsi 140-dan çox ölkədən olan parlamentarilərin Beynəlxalq Maliyyə Təşkilatlarında hesabatlılığın, şəffaflığın və çoxtərəfli inkişafın maliyyələşdirilməsi üçün bir araya gəlməsini təmin edir. 2000-ci ildən bəri Şəbəkə üzvləri öz ölkələrində və xaricdə qlobal mövzular içərisində inkişaf və makroiqtisadi problemləri həll etməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti