...

Prezident İlham Əliyev: Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq

Siyasət Materials 25 Oktyabr 2021 15:38 (UTC +04:00)
Prezident İlham Əliyev: Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq

Trend-i buradan izləyin

Bakı. Trend:

Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi.

Trend xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

“Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq” - deyən dövlətimizin başçısı vurğulayıb ki, o vaxt heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək, çünki bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti