...

Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin tranzit potensialı daha da yüksələcək - YAP-ın Mərkəzi Aparat rəhbəri

Siyasət Materials 4 Noyabr 2021 11:41 (UTC +04:00)
Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin tranzit potensialı daha da yüksələcək - YAP-ın Mərkəzi Aparat rəhbəri

Bakı. Çingiz Səfərli - Trend:

Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın tranzit potensialı daha da yüksələcək.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

T.Budaqov bildirib ki, bütün dünya azərbaycanlıları tariximizin əlamətdar günü olan Zəfər Gününün qeyd edilməsinə hazırlaşır. Bu gün keçirilən tədbir də YAP tərəfindən sentyabrın 27-dən başladılan silsilə tədbirlərin növbəti mərhələsidir:

"Bugünkü müzakirələrimiz qələbədən sonrakı iqtisadi inkişafa həsr olunub. Qarabağın işğaldan azad olunması tək ərazi bütövlüyümüzün bərpa edilməsi deyil, eyni zamanda iqtisadiyyatımızın inkişaf etdirilməsinə hesablanan prosesdir. Bu istiqamətdə nəzərdə tutulan və yaxın müddətdə həyata keçiriləcək tədbirlərlə bağlı məruzələr dinləniləcək. Baxmayaraq ki, Azərbaycan birbaşa okeana çıxışı olmayan ölkədir, ancaq Prezident İlham Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində ölkəmiz bu gün logistika mərkəzi kimi dünya ticarət əlaqələrində önəmli yer tutur.

Zəngəzur dəhlizinin açılması ilə də ölkəmizin tranzit potensialı daha da yüksələcək. Bu proses də Azərbaycanın daha da sürətli inkişafına və regionda möhkəmlənməsinə gətirib çıxaracaq."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti