...

Cənubi Qafqaz regionunun inkişafına əngəl yaradan Qarabağ münaqişəsi idi - David Merkel

Siyasət Materials 6 Noyabr 2021 09:46 (UTC +04:00)
Cənubi Qafqaz regionunun inkişafına əngəl yaradan Qarabağ münaqişəsi idi - David Merkel

Bakı. Humay Ağacanova – Trend:

Cənubi Qafqaz regionunun inkişafına əngəl yaradan Qarabağ münaqişəsi idi.

Trend-in məlumatına görə, bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “Cənubi Qafqaz:Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda paneldə çıxış edən ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə katibinin köməkçisinin keçmiş müavini David Merkel deyib.

O bildirib ki, regionda hökumətlərarası əməkdaşlıq yaransa, bu bütün regionu inkişaf etdirə bilər: "ATƏT-in Minsk qrupu uğursuzluğa məruz qaldı. Beynəxalq təşkilatlar öz missiyalarını davam etdirməlidir. Cənubi Qafqaz ölkələrini birləşdirən dəyərlər üzərində çalışmalıyıq".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər.

VIII Qlobal Bakı Forumu öz işini bu gün başa çatdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti