...

Zəfərin Zirvəsi Şuşa - Trend TV-nin filmi

Siyasət Materials 8 Noyabr 2021 10:00 (UTC +04:00)
Zəfərin Zirvəsi Şuşa - Trend TV-nin filmi

Bakı. Trend:

Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsindən bir il ötür.

2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın döyünən ürəyi olan Şuşa şəhərinin düşməndən azad edilməsi xəbərini xalqa çatdırdı. Şuşanın azad edilməsi düşmənə vurulan ən layiqli, ən ağır zərbə idi. Bunun nəticəsi idi ki, döyüş meydanlarında darmadağın edilən işğalçı Ermənistan cəmi bir gün sonra məğlub olduğunu elan edərək kapitulyasiya aktına imza atdı. Azərbaycan Ordusu 44 gün ərzində ildırımsürətli müharibə ilə düşmənə heç vaxt unudulmayacaq dərs verdi, Prezident İlham Əliyevin Dəmir Yumruğu düşmənin başını əzdi.

Şuşanın azad edilməsi Zəfərin Zirvəsidir. Şuşa əməliyyatı dünya hərb tarixinə qızıl hərflərlə yazılan bir qəhrəmanlıq nümunəsidir. Çünki qəhrəman Azərbaycan əsgərləri çətin relyef və hava şəraiti ilə sıldırım qayaları, keçilməz meşələri peşəkarlıq və əzmkarlıqla keçərək Şuşaya daxil olub. Şuşa şəhəri ağır texnika və silah-sursat olmadan, yüngül silahlar istifadə olunmaqla yaxın məsafədən aparılan döyüşlərlə düşməndən təmizlənib.

Tarixi Zəfərin bir ili münasibətilə Trend Beynəlxalq İnformasiya Agentliyi Şuşa döyüşlərində iştirak etmiş bir qrup xüsusi təyinatlı ilə görüşüb, onların döyüş xatirələrini əks edirən “Zəfərin Zirvəsi Şuşa” adlı sənədli film hazırlayıb.

Filmdə Şuşa əməliyyatlarının iştirakçıları – Vətən Müharibəsi Qəhrəmanları, "Zəfər" və "Qarabağ" ordeni ilə təltif edilmiş DİN-in Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarının keçdikləri döyüş yolu geniş yer alıb. Xüsusi təyinatlılar Şuşa əməliyyatının detalları, real döyüş əməliyyatları, düşmən üzərində qazandıqları inamlı qələbələr, işğalçılara verilən layiqli dərs, meşələrdə, qayalıqlarda, çaylarda və çətin relyefli ərazilərdə aparılan döyüşlərlə bağlı xatirələrini bölüşüblər.

“Zəfərin Zirvəsi Şuşa” adlı sənədli filmi təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti