...

Vyana danışıqlarında yaxşı irəliləyiş əldə edilib - İranın nüvə məsələləri üzrə ali təmsilçisi

Siyasət Materials 30 Dekabr 2021 21:42 (UTC +04:00)
Vyana danışıqlarında yaxşı irəliləyiş əldə edilib - İranın nüvə məsələləri üzrə ali təmsilçisi

Bakı. Trend:

Son günlər Vyanada aparılan danışıqlar nəticəsində İrana qarşı sanksiyaların ləğvinə dair yaxşı irəliləyiş əldə olunub.

Trend xəbər verir ki, bunu İranın nüvə proqramı üzrə danışıqlarda ali təmsilçisi Əli Baqeri Kani deyib.

Bayram tətili səbəbindəın Vyanada danışıqlardakı qısa fasilə ərəfəsində Baqeri Kani iranlı jurnalistlərə bildirib ki, danışıqların səkkizinci raundu başlayan son bir neçə gündə danışıqlarda əsas diqqət sanksiyaların ləğvi məsələsinə yönəlib.

O əlavə edib ki, hər iki tərəf müxtəlif sahələr üzrə danışıqlar aparıb və qarşılıqlı fəaliyyətlər həyata keçirib, o cümlədən yoxlama məsələsi ilə bağlı həm Birgə Komissiyanın koordinatoru, həm də Avropa tərəfləri ilə bir neçə görüş keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti