...

Hikmət Hacıyev azad edilən ərazilərə səfər etmiş xarici səyyahlarla görüşüb (FOTO)

Siyasət Materials 18 Fevral 2022 19:05 (UTC +04:00)
Hikmət Hacıyev azad edilən ərazilərə səfər etmiş xarici səyyahlarla görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici bloggerlər və səyyahlarla görüşüb.

Trend xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

“Üçgünlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər edən Nomadmania səyyahları və bloggerlərlə görüşməkdən çox məmnunam. Biz Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma perspektivləri barəsində danışdıq”, - H.Hacıyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti