...

Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin müşaviri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Siyasət Materials 25 Fevral 2022 19:27 (UTC +04:00)

Bakı. Trend:

25 fevral 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin müşaviri, Dövlət Katibinin ali siyasət məşvərətçisi Derek Şolle ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Tərəflər Ukraynadakı vəziyyət, habelə Cənubi Qafqaz bölgəsindəki ən son durum ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti