Bakı. Trend:
Beynəlxalq ictimaiyyətin Qarabağda minaların təmizlənməsi prosesində iştirakı lazımdır.
Trend-in məlumatına görə, bunu ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın iştirakçısı Şotlandiyanın Sent Endrüs Universitetinin professoru Rik Foun deyib.
"Qarabağda olarkən minaların təmizlənməsi prosesi ilə bilavasitə tanış olduq. Əlbəttə ki, bu məsələdə beynəlxalq dəstək lazımdır", - deyə bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bugünkü konfransda çıxışı heyranlıq doğurur.
"Prezident üç saat ərzində danışıb. Onun iştirakçıların hər bir sualına cavabı dəqiq və aydın idi. Biz Cənubi Qafqazın inkişafı, Azərbaycanın qonşu ölkələrlə və digər dövlətlərlə münasibətləri üzrə müxtəlif suallara cavablar aldıq" - R.Foun deyib.
(Tərcümə: Orxan Nəbiyev)