...

Xəyanətkar qüvvələrin dağıtmağa çalışdığı Azərbaycanı Heydər Əliyev xilas etdi - Əli Hüseynli (FOTO/VİDEO)

Siyasət Materials 10 May 2022 22:54 (UTC +04:00)
Xəyanətkar qüvvələrin dağıtmağa çalışdığı Azərbaycanı Heydər Əliyev xilas etdi - Əli Hüseynli (FOTO/VİDEO)

Bakı. Trend:

Bu gün Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Azərbaycan xalqı öz xilaskarının doğum gününü dərin hörmət və ehtiramla qeyd edir.

Bu münasibətlə Trend BİA silsilə videomüsahibələr təşkil edib. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən bəhs edən müsahibləri gün ərzində təqdim edəcəyik.

“Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gələndə ona tənəzzülə uğramış, çox ağır durumda olan ölkə miras qalmışdı. Həmin dövrdə ölkəni idarə edən naşı, heç bir dövlətçilik təcrübəsi olmayan, bəzi hallarda xəyanətkar qüvvələrin dağıtdığı Azərbaycanı Heydər Əliyev xilas etdi. Bu baxımdan, ulu öndərin hakimiyyətə gəlməsi müstəqillik tariximizdə müstəsna əhəmiyyətə malikdir”.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib. Ə.Hüseynli ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, qanunvericlik bazasının təkmilləşdirilməsi, konstitusiyanın qəbul edilməsi, ordu quruculuğu, neft strategiyası, iqtisadiyyatın inkişafı və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətindən danışıb. “Ulu öndərin qurub yaratdığı müasir Azərbaycan dövləti sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi, ölkəmiz qüdrətləndi, hərtərəfli gücləndi və Vətən müharibəsi zamanı biz düşmən üzərində tarixi qələbə qazanmaqla gücümüzü bütün dünyaya göstərdik. Ulu öndərin vəsiyyəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirildi. Bu, hər bir azərbaycanlı üçün fəxr, qürur mənbəyidir”, - deyə Əli Hüseynli bildirib.

Videomüsahibəni təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti