...

Ermənistanın əsassız iddialardan əl çəkməkdən başqa çıxış yolu qalmayıb - Ramil Usubov

Siyasət Materials 14 İyun 2022 09:30 (UTC +04:00)
Ermənistanın əsassız iddialardan əl çəkməkdən başqa çıxış yolu qalmayıb - Ramil Usubov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sülh müqaviləsinin imzalanmasına süni maneələr yaradan Ermənistanın əsassız iddialardan əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur.

Trend-in məlumatına görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində Azərbaycanın Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov deyib.

O bildirib ki, müharibədəki sarsıdıcı məğlubiyyət Ermənistanın iqtisadi-sosial durumunu tam iflasa sürükləyib, bu dövlətdə daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsi həddinə çatıb.

"Digər tərəfdən, sülh danışıqlarına etiraz məqsədilə aksiyalar təşkil edən müxalifətin öz məqsədinə çatmayacağı aydın olunca, onlara qoşulanların sayı getdikcə azalır. Həm də bu mitinqlərdə iştirak edənlərin əksəriyyəti yalnız ölkədəki acınacaqlı sosial duruma etirazlarını bildirirlər. Görünən odur ki, Ermənistan cəmiyyətində sülh danışıqlarına həm istək, həm də dəstək var.

Unudulmamalıdır ki, erməni xalqı ötənilki seçkilərdə "müharibə partiyası - hərbi xunta"nı təmsil edən müxalifətə yox, Azərbaycanla danışıqlara başlayacağını bəyan edən hakimiyyət partiyasına etimad göstərdi. Xalq Paşinyana mandatı məhz Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün verib, yəni erməni xalqı düşmənçilikdən bezib, çörək, iş və sabitlik istəyir",- deyə R.Usubov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti