...

Qlobal Bakı Forumu ən aktual müasir çağrışların müzakirə olunduğu beynəlxalq plarformaya çevrilib - Deputat

Siyasət Materials 20 İyun 2022 10:10 (UTC +04:00)
Qlobal Bakı Forumu ən aktual müasir çağrışların müzakirə olunduğu beynəlxalq plarformaya çevrilib - Deputat

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 16-18 iyun 2022-ci il tarixində “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilmişdir. Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak etmişdir. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən dahi Azırbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirən qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Mərkəz doqquzuncu dəfədir ki, Qlobal Bakı Forumunu təşkil edir. Forum qlobal gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə kifayət qədər qısa müddət ərzində dünya platformlarından birinə çevrilib. Qlobal Bakı Forumu artıq ən aktual müasir çağrışların müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilmişdir.

Azərbyacan Respublikasının Prezidenti cənab İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etmişdir. Cənab Prezident çıxışı zamanı bir çox məsələlrə münasibət bildirmiş və mühüm mesajlar vermişdir. Qeyd olunmuşdur ki, VIII Bakı Qlobal Forumundan keçən müddət ərzində dünya fundemental surətdə dəyişib. Hələ ki, bu dəyişikliklər proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşahidə olunur. Əlbətdə ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. “Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Eyni zamanda , mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirlərin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir”.

Gözlənilən ərzaq böhranı ilə əlaqədar cənab Prezident bildirmişdir ki, böhran qaçılmazdır və artıq yaxındadır. Böhranla mübarizədə aparıcı beynəlxalq institutların, habelə aparıcı maliyyə institutlarının rolu müəyyən olunmalıdır. Beynəlxalq təşkilatlat və ölkələr ərzaq böhranının nəticəsi olaraq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar.

Cənab Prezident öz çıxışında Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edərək qeyd etmişdir ki, Azərbaycan sülh razılaşması üzərində çalışmağa başlamağı təkif edir. Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq və gələcəkdə hər hansı bir ərazi iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və Azərbaycanın təklifinin əsasını təşkil edən başqa prinsipləri də irəli sürmüşdür. Kommunikasiyaların açılması məsələsi ilə bağlı qeyd olunmuşdur ki, Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın Nazçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri il yarımdan çox vaxt keçməsinə baxmayaraq indiyədək heç bir çıxış təmin olunmayıb. Bu Ermənistan tərəfindən Üçtərəfli Bəyənatın müddəalarının pozulmasıdır və bu, regionda bir disbalans yaradır.

Regional sülhün fundamental elementlərindən biri olan Zəngəzur dəhlizinin açılması məsələsinə toxunana cənab Prezident qeyd etmişdir ki, əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq.

Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyindən bəhs olunarkən qeyd olunmuşdur ki, Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Ölkənin Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən, illər boyu azərbaycanda yaşayan ermənilər.

Qlobal Bakı Forumunun əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olması naminə həyata keçirilən fəaliyyətlərə töhfə verməkdir. Qlobal Bakı Forumu Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Bakının belə forumlara ev sahibliyi etməsi Azərbaycanın həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan dünyada daha yaxından tanınmasına şərait yaradır. Həmçinin bu cür qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rolu daha da artırır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlərdə dünyanın görkəmli siyasətçiləri iştirak edir. Bütün bunlar Azərbaycanın Beynəlxalq aləmdə rolunu xeyli dərəcədə gücləndirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Bakıda ənənəvi olaraq təşkil olunan Qlobal Bakı Forumu dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu ən yüksək səviyyəli beynəlxalq əməkdaşlıq platformasına çevrilmişdir.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti