...

Britaniya Qarabağda minaların təmizlənməsi prosesinə əlavə vəsaitin ayrılmasını nəzərdən keçirir

Siyasət Materials 29 İyun 2022 16:05 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Zəngilan. Trend:

Böyük Britaniya Qarabağda minaların təmizlənməsi prosesinə əlavə vəsaitin ayrılması məsələsini nəzərdən keçirir.

Bunu Trend-ə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

"Böyük Britaniya minaların təmizlənməsi prosesində Azərbaycana kömək göstərməkdən məmnundur. Biz bu istiqamətdə daha çox maliyyənin ayrılması üçün yeni imkanlar axtarırıq. Ümid edirəm ki, tezliklə yeni maliyyələşmə barədə elan edəcəyik", - deyə o bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya artıq BMT İnkişaf Proqramına Azərbaycan Minatəmizləmə Agentliyinə dəstək üçün 500 min funt sterlinq vəsait ayırıb. Səfir qeyd edib ki, Britaniya şirkətləri Azərbaycana texniki məsləhətlər, qeyri-texniki xidmətlər, minalar əleyhinə fəaliyyət standartları təqdim edir.

"Biz hər iki tərəfi sülh prosesinin sürətlənməsinə təşviq edirik. Biz həm də Aİ-nin bu prosesdə Azərbaycanla Ermənistana kömək göstərmək səylərini dəstəkləyirik. Bu, çox uzun proesdir, amma biz artıq 30 il ərzində olmayan müsbət dəyişiklikləri görürük", - səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti