...

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Siyasət Materials 26 Avqust 2022 22:49 (UTC +04:00)
Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Bakı. Trend:

Türkiyə Respublikası Prezidentinin xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Trend xəbər verir ki, təbrik məktubunda deyilir:

"Çox hörmətli Mehriban xanım, Əziz Bacım.

Doğum gününüzü ən səmimi diləklərimlə təbrik edir, sevdiklərinizlə birlikdə cansağlığı, xoşbəxtlik və hüzur dolu neçə belə illər arzu edirəm.

Bu əlamətdar günün xüsusilə illərlə haqsız şəkildə yurdundan qoparılmış Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarıldığı günə təsadüf etməsi sevincimizi daha da artırıb.

"Bir millət, iki dövlət" inancından aldığı güclə və qardaşlıq bağlarımız əsasında ən yüksək səviyyəyə çatdırdığımız Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına dəyərli töhfələriniz hər cür təqdirə layiqdir.

Fürsətdən istifadə edərək şəxsən Sizə, çox hörmətli ailənizə və qardaş Azərbaycan xalqına ən xoş arzularımı və ən səmimi sevgilərimi çatdırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti