...

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişinin mətnini müzakirə etmək üçün gələn ay görüşəcəklər

Siyasət Materials 31 Avqust 2022 20:00 (UTC +04:00)
Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişinin mətnini müzakirə etmək üçün gələn ay görüşəcəklər

Bakı. Trend:

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişinin mətnini müzakirə etmək üçün gələn ay görüşəcəklər.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.

Bildirilib ki, görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsinin təşviqi üçün əsaslı işi aktivləşdirmək barədə razılığa gəliblər.

Qeyd olunub ki, xarici işlər nazirlərinə mətnlərin layihələrini hazırlamaq üçün bir ay ərzində görüşmək tapşırılıb.

Qeyd edək ki, bu gün Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti