...

Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 2 Sentyabr 2022 12:14 (UTC +04:00)

Bakı. Trend:

Baş Nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev sentyabrın 2-də İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələr və əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan ilə İran arasında faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, həmçinin birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti