...

Azərbaycan regional sabitlik və inkişafın əldə olunmasında vacib rol oynayır - Qlobal analitik

Siyasət Materials 30 Sentyabr 2022 11:00 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan regional sabitlik və inkişafın əldə olunmasında vacib rol oynayır.

Bunu Trend-ə müsahibəsində Rumıniyanın "Smartlink Communications" konsaltinq şirkətinin baş direktoru, qlobal analitik Radu Maqdin deyib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında atəşin dayandırılması barədə əldə olunmuş razılaşma beynəlxalq subyektlər, xüsusilə də Avropa İttifaqı tərəfindən alqışlanıb. Aİ iki ölkə arasında münasibətlərin normallaşması prosesində fəal iştirakını Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin qismində davam etdirir.

"Azərbaycan hər kəs üçün iqtisadi çiçəklənmənin təminatına, yüksəkkeyfiyyətli sosial müdafiəyə yönəlmiş siyasət və beynəlxalq əməkdaşlıq qurmaq imkanlarına malikdir. Beynəlxalq ictimaiyyətin çoxsaylı çağırışlarla üzləşdiyi vaxtda Aİ ilə yaxınlaşmanın təqdim etdiyi imkanlara xüsusi diqqət ayrılması Azərbaycan və bütün region üçün nəqliyyat-enerji infrastrukturu, enerji daşıyıcıları ticarətinin inkişafı, regionun investisiyalara açılması baxımından daha yaxşı perspektivlər təmin edə bilər", - deyə o bildirib.

Onun sözlərinə görə, Avropanın enerji təhlükəsizliyi Aİ üzv ölkələrinin Rusiya enerji daşıyıcılarından asılılığının aradan qaldırılması və həm siyasi, həm də iqtisadi baxımdan həyat qabiliyyətli alternativlərin müəyyən edilməsi kontekstində əsas prioritetlərdən biridir.

"Aİ ilə Azərbaycan arasında saziş yaxın beş il ərzində illik qaz ixracının mühüm artımını, hazırkı 2,5 faizdən 2027-ci ildə 5 faizədək artmasını nəzərdə tutur. Azərbaycan uzunmüddətli tərəfdaş qismində artıq böyük nüfuza malikdir, amma imkanlar həm də hərtərəfli azad ticarətin digər sahələrində də imkanlar mövcuddur. Azərbaycan bu sahələr üzrə 450 milyon istehlakçının olduğu bazara çıxış əldə etməklə səmərə qazana bilər", - ekspert deyib.

R.Maqdin əlavə edib ki, region Mərkəzi Asiyadan Avropaya enerji məhsullarının daşınması üçün nəqliyyat qovaşağına çevrilə bilər və bu, onun çiçəklənmə və stabillik perspektivlərini artıra bilər.

"Şübhə yoxdur ki, Azərbaycan regional sabitlik və inkişafın əldə olunmasında vacib rol oynayır", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti