Ağdam. Trend:
Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərin məskunlaşması üçün gördüyü işi yüksək qiymətləndiririk.
Trend-in məlumatına görə, bunu BMT-nin yaşayış məntəqələri üzrə proqramının icraçı direktoru Maimuna Mohd Şərif Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində deyib.
"Azərbaycan hökuməti torpaqların bərpası və keçmiş məcburi köçkünlərin qaytarılması üzrə intensiv iş aparır", - deyə o bildirib.
O qeyd edib ki, iqlim dəyişikliyi, COVID-19 kimi amillər şəhərsalma prosesi, transformativ dəyişikliklər üçün problemlər yaradır.
"Bu gün keçirilən forum Azərbaycanın azad edilmiş ərazilərdə gördüyü işlərin, ölkənin texniki təcrübəsinin öyrənilməsi baxımından vacibdir", - icraçı direktor deyib.
(Tərcümə: Orxan Nəbiyev)